Bakı üçün hazırda vacib olan odur ki, Qarabağ məsələsi tamamilə bağlansın.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni konfliktoloq Artur Martirosyan çıxış edib.
“Proses şəffaf deyil deyə biz bu və ya digər razılaşmalar barəsində bilmirik. Məsələn, Azərbaycan deyir ki, Zəngəzur dəhlizi məsələsinə sülh müqaviləsində baxılmayacaq və biz bilmirik ki, o bunun qarşılığında nə alıb. Burada yalnız təxminlər irəli sürə bilərik.
Azərbaycanın bu addıma nəsə almadan getməsi inandırıcı deyil. Zəngəzurun qarşılığında Bakı Qarabağ məsələsinin birdəfəlik bağlanması vədini ala bilər. Bu o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılmayacaq”, – o bildirib.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!