Qarpız böyrəkləri təmizləyirmi?

01:56 - 14 Avqust 2024 - GÜNDƏM

 Qarpız böyrəkləri təmizləyirmi?

"Qarpız yeyin, böyrəkləniz daşdan, qumdan təmizlənsin” fikri tibbi baxımdan doğrudurmu? Həqiqətən də təkcə qarpızla böyrəklərə dəstək verə bilərik?

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, nefroloq-həkim Olqa Azarenko qarpızın böyrəklərə faydası və zərərindən danışıb.

“Ümumiyyətlə, hər hansı bir orqanı təmizləmək tibbi baxımdan düzgün fikir deyil. Çünki böyrək özü özünü təmizləyən orqandır. Böyrəklər qanı, orqanizmi son maddələrdən, tullantılardan, toksik birləşmələrdən, dərman qallıqlarından təmizləyir.

Tibbi baxımdan qarpız, yemiş, xiyar maye yükünü artırır və böyrəklərin işini çoxaldır. Lakin bu heç də onların təmizlənməsi demək deyil. Bəzi nefroloji problemlərdə, xəstəliklərdə, xroniki böyrək yetməzliyində əksinə, maye çoxluğu, qarpız zərər verə bilər. Əgər böyrəklərə dəstəkdən danışsaq, onlar üçün qarpızla adi suyun heç bir fərqi yoxdur. Yəni qarpızda xüsusi faydalı bir tərkib yoxdur”, - həkim bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol