ABŞ Suriyada PKK-nı Türkiyəyə qarşı hücuma hazırlayıb.
BUTA.TV xəbər verir ki, bu etirafı amerikalı hərbi analitik Duqlas Makqreqor edib.
Makqreqor Amerikanın Suriyada terror təşkilatı PKK/YPG-ni Türkiyəyə hücuma hazırladığını bildirib:
"ABŞ-ın Suriyada terror təşkilatı YPG/PKK-ya təlim keçərək, yük maşınları ilə silah və sursat göndərdiyi məlumdur".
O, bu dəfə İsrailin də planın bir parçası kimi iştirak etdiyini və PKK-nın Türkiyəyə yeni hücum hazırlığında olduğunu vurğulayıb:
“Hazırda Suriyadakı qüvvələrimizi Türkiyəyə hücuma hazırlayırıq. Kimi nəzərdə tuturam? PKK, YPG və onlarla birlikdə hərəkət edən bəzi örgütləri Türkiyəyə hücuma təşviq edir və silahlandırırıq. Türklər də bunun fərqindədirlər və bundan çox narahatdırlar. Biz bunu keçmişdə mütəmadi olaraq etmişik. Amma bu dəfə çox ciddidir. Ruslar Suriyanın şimalında da yeni baza yaradıblar. Onlar istəmirlər ki, biz onlara qarşı birbaşa tədbir görəcək vəziyyətdə olaq".
- Mixalko sammitə görə Azərbaycanı təbrik etdi
- Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa
- Ermənistanın baş qərargah rəisi də işğalda iştirak edib - Sübut
- Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...
- Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal idi
- Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı
- Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan
- Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...