“Badam” jurnalistin atasını kor etdi - Açıqlama

14:12 - 14 Avqust 2024 - CƏMİYYƏT

 “Badam” jurnalistin atasını kor etdi - Açıqlama

Jurnalist Razi Abasbəyli “Badam” klinikasının səhv diqnozu və yanlış əməliyyatı nəticəsində atası Umudəli bəyin kor olduğunu iddia edib.

BUTA.TV xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında bununla bağlı video-müraciət paylaşıb. O bildirib ki, atasının gözündəki problemlə bağlı klinikanın həkimi Günel Ağayevaya müraciət edib. Xəstəyə səhv diaqnoz qoyan həkim katarakta əməliyyatı həyata keçirib. Bu əməliyyat üçün ondan əlavə 1500 manat pul da tələb edilib, Razi Abasbəyli isə 1000 manat düzəldə bildiyini vurğulayıb.

Sığortadan kənar pul alınmasına baxmayaraq, nəticədə jurnalist atasının gözünü itirdiyini qeyd edib.

Problemlə bağlı “Badam” klinikasının mətbuat xidmətinin rəhbəri Çingiz Özgür belə bir əməliyyatın olduğunu təsdiqləyib:

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

“Bura klinikadır, aparatlarımız, ən müasir cihazlarımız var. Həkim xəstənin üzünə baxıb diaqnoz qoymur ki! Razi Abasbəylinin atası katarkta əməliyatı olunub. Ondan bir manat belə pul istənilməyib. Həkimin əziyyətini qiymətləndirmək üçün yalnız bahalı linzanın pulu olaraq kassaya 200 manat ödəniş edib. Sonradan onun atasının gözündə problem yaranıbsa, bu, başqa prosesdir. Atasının burada olduğu vaxtlarda UZİ edilib, digər cihazlarla gözü, göz dibi müayinə olunub. Bunların hamısı xəstəlik tarixində var. Maraqlanmaq istəyənlər gəlib, sənədlərlə tanış ola bilər. Əsassız şikayətdir. Bu adam “Badam” klinikasına bir manat belə pul ödəməyib”.

Ç.Özgür iddia edib ki, Günel Ağayevadan bu günə kimi heç bir şikayət olmayıb:

“Xəstənin katarakta əməliyyatı uğurlu keçib. Razi bəyin təşəkkürləri, səs yazıları var. Sonradan problem yaranıbsa, o, ayrı məsələdir. Mən dedim ki, get ekspertə, rəy gətir. Bu günə kimi hələ bir sənəd gətirməyib. Əlində sənəd olsa, məhkəməyə verərdi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol