Bizi İrlandiya klubu ilə çox ağır oyun gözləyir. Sabah keçiriləcək oyunda qalib gəlmək üçün şansımız var. Çalışacağıq ki, əlimizə düşən fürsətlərdən maksimum istifadə edək.
BUTA.TV xəbər verir ki, bu fikri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis görüşə hazır olduqlarını bildirib: “İrlandiyadakı ilk qarşılaşmamızda istədiyimiz kimi oyun nümayiş etdirə bilmədik. Doğrudur, müdafiədə müəyyən çətinliklərimiz var. Bəzi oyunçularımız zədəlidir. Amma hazırlıqlarımız davam edir. Təbii ki, məqsədimiz qrupa qalmaqdır. Əgər bunu bacarsaq, “Sabah” üçün möhtəşəm tarixi uğura imza atmış olarıq”.
Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” qarşılaşması “Bank Respublika Arena”sında avqustun 15-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cütün ilk oyunu İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!