24 il əvvəl avqustun 12-də Rusiyanın “Kursk” sualtı gəmisi batdı, 120-yə yaxın dənizçi həlak oldu. Gəminin batma səbəbi birinci bölmədə raketin texniki səbəbdən partlaması göstərildi. Dənizçilərin bir qrupu gəminin digər bölmələrində hələ sağ ikən Kreml həmin ərazidə üzən NATO gəmilərinin kömək təklifindən imtina etdi. Nəticədə zaman itirildi və o biri bölmələrdə sağ qalanlar da həlak oldu. Üstündən 24 il keçdikdən sonra Kreml növbəti Kursk faciəsi ilə üzləşib, bu dəfə ərazilər itirilib, ölənlərin sayı da çoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Kreml iki çətin seçim qarşısındadır. Birinci seçim Ukraynanın şərqində döyüşən birlikləri Rusiya ərazilərinin azad olunmasına cəlb etməkdir, sadəcə bu halda Ukrayna ordusu üçün əks-hücum imkanı yaranacaq. İkinci seçim isə müharibədə iştirak etməyən hərbi mükəlləfiyyəti olan gəncləri Kursk ətrafının azad olunmasına göndərməkdir. Bu halda Rusiyanın itkisi daha çox olacaq, çünki döyüş qabiliyyəti olmayan gənс ruslar peşəkar ukraynalı hərbçilərlə üz-üzə qalacaq, ya öləcəklər, ya da daha əvvəl olduğu kimi təslim olacaqlar. Kreml hələ ki, ikinciyə üstünlük verir, ancaq nəticə yoxdur, Ukrayna ordusu gün ərzində Rusiya ərazisində daha çox irəliləyib”, - politoloq bildirib.
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə