İlham Rəhimovun köməkçisi namizədliyini geri götürdü – Təcili

21:42 - 14 Avqust 2024 - CƏMİYYƏT

 İlham Rəhimovun köməkçisi namizədliyini geri götürdü – Təcili

Hüquq üzrə professor, tanınmış iş adamı İlham Rəhimovun köməkçisi Azad Yusif oğlu Məsiyev bu gün 106 saylı DSK-ya müraciət edərək, namizədliyini geri götürüb.

Bu barədə BUTA.TV-a Tovuz rayonundakı mənbə bildirib.

Qeyd edilib ki, Azad Məsiyev seçki təbliğatına ciddi şəkildə başlayıb, plakatlarını bütün rayon ərazisində yaydırıb, eyni zamanda görüşlər də müəyyənləşdirib. Lakin bu gün gözlənilmədən geri çəkilib.

Xatırladaq ki, mərhum Qənirə Paşayevanın bir neçə dəfə ardıcıl seçildiyi 106 saylı Tovuz dairəsində əsas favorit YAP-ın namizədi Nizami Abdulla oğlu Səfərov hesab edilir.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Əslən Tovuzdan olan N.Səfərov 1960-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin aspiranturasında və Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun doktoranturasında təhsil alıb. Hüquq elmləri doktorudur. 2-ci dərəcə dövlət müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının üzvüdür.

1989–1991-ci illərdə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, şöbə müdiri, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun prorektoru, 1992–1994-cü illərdə Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi olub, 1994–1995-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin, 1995–1998-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Konstitusiya qanunvericiliyi şöbəsi müdirinin müavini, Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini, 1998–2019-cu illərdə İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri vəzifələrində çalışıb.

2020-ci ildə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib.

Evlidir, 2 övladı var.

Qardaşı Niyazi Səfərov 2022-ci ilədək Azərbaycan iqtisadiyyat nazirinin müavini olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol