Adı dərman biznesində və qalmaqallı tenderlərdə hallanan deputat Kəmaləddin Qafarov, yeni biznes sahəsi tapıb.
Məlumata görə xəbər verir ki, deputat bu dəfə toyuq əti biznesini ələ almağa başlayıb. Belə ki, bir müddət əvvəl “Səba Broyler” şirkətinin “Siyəzən Broyler”i aldığı barədə xəbər vermişdik. Lakin sonradan məlum olub ki, məsələ birbaşa Qafarovla bağlıdır və deputat biznesini genişləndirmək qərarına gəlib. O, “Siyəzən Broyler”i də alaraq, öz biznesinə qatıb.
Xatırladaq ki, “Siyəzən Broyler” ölkədə toyuq əti istehsalı sahəsində ən iri broylerdən biridir. Ölkə təhcizatının önəmli hissəsinə sahibdir. Belə ciddi və gəlirli sahə isə şübhəsiz, deputatın diqqətindən yayınmaya bilməzdi.
Bu əsnada, Kəmaləddin Qafarovun adının qarışdığı daha bir tender qalmaqalının üstünü açıb. Məlum olub ki, Səhiyyə Nazirliyi səyyar klinikaların tibbi avadanlıqla təchiz edilməsin satın alınması ilə bağlı tenderin qalibi Kəmaləddin Qafarovun olduğu şübhə doğurmayan “Azəri Med” QSC olub. Həmin satınlama müqaviləsi isə 260 849 manat təşkil edib.
Kamaləddin Qafarov deputat seçilənədək Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən tenderlər barədə məlumatlara nəzər salarkən “Azəri Med”in əsasın MOM-un satınalma müsabiqələrində qalib seçildiyi aydın olur.
Bildirək ki, Kamaləddin Qafarov V və VI çağırış Milli Məclisin deputatıdır. O, 2015 və 2020-ci illərdə keçirilən parlamen seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 9 saylı Binəqədi İkinci Seçki dairəsindən deputat seçilib. YAP sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində də Kamaləddin Qafarovun namizədliyini irəli sürüb.
Araşdırmalar zamanı belə aydın olur ki, Kamaləddin Qafarovun biznesi “Azəri Med” QSC ilə məhdudlaşmır. “AzeriMed Tibbi Market”, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospaital”. Habelə “Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir. Yeri gəlmişkən, “Shafran”ın da qanuni təmsilçisi Hüsaməddin Qafarovdur.
Nəzərinizə çatdıraq ki, qanunvericiliyə görə, deputatın bizneslə məşğul olması qadağandır.Tribunainfo.az
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi