Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Hazırda 125 dairədə 1000-dən artıq namizəd təbliğat kampaniyası aparır.
BUTA.TV xəbər verir ki, deputat mandatı uğrunda mübarizə aparan namizədlərin arasında Milli Məclisin indiki üzvləri də var. Deputat olduqları üçün rəqibləri ilə müqayisədə daha çox tanınan bu şəxslərin davranışları da maraqla qarşılanır.
Qeyd edək ki, namizədliyini növbəti dəfə 81 saylı İmişli seçki dairəsindən irəli sürən Razi Nurullayev rəqibləri ilə müqayisədə xüsusi fəallığı ilə seçilir. O, tez-tez namizəd olduğu dairənin ərazisində yerləşən kəndlərə baş çəkir, sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır.
Deputat sağlamlığının qeydinə qalmağı da unutmur, çoxsaylı görüşlərin arasında idmana da vaxt ayırır. O, ötən gün yataq otağında idman hərəkətləri ilə məşğul olarkən çəkilmiş görüntüləri paylaşıb.
Əvvəlki videogörüntülərdən fərqli olaraq, Razi Nurullayevin bu davranışı birmənalı qarşılanmayıb. Məlum videogörüntülər dərhal sosial şəbəkələrdə paylaşılaraq, qızğın müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri deputatı ifrat səmimiyyətdə günahlandırıblar. Məlum videogörüntülərin altına “Görün, kimlərin ümidinə qalmışıq. Bundan deputat olar?”, “Ölmədik deputatı yataqda da gördük”, “Şükür kərəminə, Ya Rəbb”, “Üzündə bir qram da nur yoxdur” məzmunlu şərhlər yazıblar.
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi