Prezident İlham Əliyev Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387) 2-ci hissəsinin iyirmi birinci–iyirmi dördüncü abzasları müvafiq olaraq iyirmi ikinci–iyirmi beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
“həmin Məcəllənin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.
- Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi
- AB sammitinin Bakıda keçirilməsini alqışlayıram - Paşinyan
- Ceyhun Bayramov Misir səfiri ilə görüşdü
- Sübhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası...
- Bu pula Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı
- Pyotr Qlıboçko Mehriban Əliyevaya məktub göndərdi
- Mnatsakanyan işğalda iştirak etdiyini təsdiqlədi
- Qroznıda gizli görüş: Putin Kadırovu bağışlamayacaq