"Avroviziya"nın ölkəmizdəki rəsmi yayımçısı İctimai TV bu il baş tutacaq 22-ci uşaq "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanın iştirak etməyəcəyini açıqlayıb.
Bununla bağlı Kult.az-a kanaldan verilən məlumatda qeyd olunub:
“Ölkəmizdə müsabiqəyə marağın az olması, qatıldığımız illərdə çəkilən xərclər və reytinq nəticələrinin özünü doğrultmaması bu müsabiqədə iştirakı ikinci plana salmışdır.
Gələcəkdə uyğun və maraqlı namizəd olarsa, yenidən iştirakla bağlı planı nəzərdən keçirilə bilinəcəyin də mümkün olduğu məlumatda bildirilir”.
Qeyd edək ki, müsabiqə 16 noyabr tarixində İspaniyanın Madrid şəhərində baş tutacaq.
Ölkəmiz müsabiqədə son dəfə 2021-ci ildə iştirak etmiş, Sona Əzizovanın ifasında “One of Those Days” mahnısı ilə 5-ci olmuşdur.
- İspaniya yarımfinalda - Fransaya rəqib olur+Yenilənib
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp