Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, onların rayonun Daşüz kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib.
Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları 2 kiloqram marixuana aşkar olunub. C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Fakla bağlı Cinayət İşi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...