Mən istəyirəm xalqımız başa düşsün ki, əgər rus xalqı olmasaydı, nəinki üçüncü respublika, heç birinci və ikinci respublika da olmayacaqdı.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Ermənistanda 8-ci sinif tarix dərsliyində Türkmənçay müqaviləsi ilə Rusiyanın guya “Şərqi Ermənistanı işğal etməsi” barədə tarixi saxtakarlığa haqda danışarkən deyib.
“Ümumiyyətlə heç nə olmayacaqdı. Heç erməni quberniyası belə olmayacaqdı. Öz tarixini unutmaq olmaz. Erməni quberniyasının necə yaranmasını unutmaq olmaz. Necə oldu ki, erməni quberniyasından Sovet Ermənistanı yarandı? Necə oldu ki, daha sonra müstəqil Ermənistan Respublikası yarandı? Biz ermənilər başa düşməliyik ki, biz kimik”, - Karapetyan bildirib.
Qeyd edək ki, Türkmənçay müqaviləsindən sonra, 1829-cu ildən başlayaraq Rusiya imperiyası tərəfindən Cənubi Qafqaza köçürülüb gətirilən haylara daha sonra Azərbaycan torpaqları hesabına dövlət yaradılıb. Ermənistan hakimiyyəti isə tarixi saxtalaşdıraraq, yeni “tarix” uydurur və bu dəfə Rusiyanın guya onları “işğal etməsindən” bəhs edir. Halbuki 1828-ci ilə qədər Cənubi Qafqazda nəinki erməni dövləti, ümumiyyətlə hay qaraçıları olmayıb; tarixdə bəzi məqamlarda adı keçən “ərmənlər” isə xristian albanlara qoyulan türk adıdır.
Ermənistanın bu tarixi saxtakarlığını Rusiya XİN ötən gün həyasızlıq və saxtakarlıq adlandırıb.
- İspaniya yarımfinalda - Fransaya rəqib olur+Yenilənib
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp