Ruslar Kursk vilayətində kütləvi şəkildə təslim olurlar. Əsirlərin böyük əksəriyyətini hərbi xidmətə çağırılanlar təşkil edir. Onlar şikayətlənirlər ki, ailələri onların taleyi haqqında heç nə bilmirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Skay Nyus”un reportajında bildirilib.
Əsirlərin sözlərinə görə, hər şey anidən baş verib və onlar təslim olublar.
“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Vladimir Putin israr edirdi ki, çağırışçılar cəbhə bölgəsinə göndərilmir. Bununla belə, Kursk vilayətinin müdafiəsini əsasən gənc çağırışçılar və sərhədçilərin məhdud hissələri həyata keçirirdi. Onların arxasında kadırovçular dayanırdı”, - nəşr yazıb.
Təcridxananın rəsmisi bildirib ki, bir həftə ərzində 200-dən çox hərbi əsir qəbul edilib:
“Onların paltarı dəyişdirilir, yuyulur, sonra kameralara bölüşdürülür. Daha sonra hüquq-mühafizə orqanları filtrasiya prosesini həyata keçirir. Hər şey yoxlanılandan sonra onlar düşərgələrə göndərilir. Digər hərbi əsirlər də bu düşərgələrdə saxlanılır və orada dəyişdirilməsini gözləyirlər”.
Ukraynalı polkovniklərdən biri nəşrə bildirib ki, 2000-ə yaxın rus əsgəri əsir götürülüb.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!