İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin HƏMAS qruplaşması ilə danışıqları gecikdirdiyi aydınlaşarsa, İran və onun müttəfiqləri, o cümlədən Hizbullah İsrailə birbaşa hücuma keçəcək.
BUTA.TV xəbər verir ki, bunu adı açıqlanmayan İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi “Röyters”ə müsahibəsində deyib.
İranın daha üç rəsmisi Qəzzada atəşkəs danışıqlarının nəticə vermədiyi halda İranın İsrailə hücum edəcəyi barədə xəbərdarlıq edib. Onlar da qeyd ediblər ki, yalnız İsrail və HƏMAS-ın atəşkəs razılaşması əldə etməsi İranı İsrailə birbaşa hücumdan çəkindirə bilər.
Qeyd edək ki, Dohada İsrail-HƏMAS danışıqları bu gün də davam etdirilir.
- MN-də təklif: Xocalı aeroportu yenidən fəaliyyətə başlasın
- Pezeşkian İlham Əliyevə məktub göndərdi
- MN-də müzakirə: Turandan sonra Elgünün qətli... - Deputatdan SOS
- Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri… - Prezident
- İrəvan və Bakı arasında sülhə maraqlıyıq - Kavelaşvili
- Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması - Rusiyanın yeni planı...
- Prezident türk ölkələrinin DİN başçılarını qəbul etdi - Foto
- Azərbaycan həmişə Macarıstanın yanında olub - Deputat