Məlum olduğu kimi, Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar. Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0.7-1.3 manat azalma müşahidə olunur. Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26.1-27.8 AZN aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib.
Bəs bu proses çörəyin qiymətinin azalmasına səbəb ola bilərmi?
BUTA.TV xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov Bizim.media-ya açıqlamasında unun ucuzlaşmasının çörəyinin qiymətinin azalmasına birbaşa təsiri ola biləcəyini deyib:
"Amma sağlam rəqabət şəraitində. Çünki məhsulun əsas xammalı ucuzlaşırsa, bu da istər-istəməz hazır məhsulun maya dəyərinə də öz təsirini göstərir. Lakin sağlam rəqabət olmayan yerdə maya dəyəri nə qədər azalsa da, hazır məhsul baha olaraq qalır.
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
Nəzərə alaq ki, çörək əsas qida və strateji məhsul olduğu üçün bu sahəyə dövlət nəzarəti kifayət qədər yüksəkdir. Son illərin təcrübəsində də gördük ki, ərzaqlıq buğda və unun qiyməti endikcə çörəyin də qiymətində azalma olub. Son zamanlar "zavod çörəyi"nin qiymətində iki dəfə eniş olub. Yəqin ki, budəfəki azalma da çörəyin qiymətinə öz təsirini göstərəcək və yaxın zamanlarda biz çörəyin ucuzlaşmasını görə bilərik".
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...