Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması haqqında sazişin bağlanması beş dənizyanı ölkə arasında danışıqların əsasını təşkil edir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov Həştərxanda keçirilən Xəzər Media Forumunda bildirib.
Onun sözlərinə görə, bu, ölkələrə dövlət sərhədlərini və balıqçılıq zonalarını müəyyən etməyə imkan verəcək.
Petrakov deyib ki, birgə saziş mürəkkəb məsələdir, çünki bir neçə dövlətin milli maraqları kəsişir:
“Danışıqlar prosesinin təfərrüatlarını açıqlaya bilmərəm, lakin biz Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupu çərçivəsində bu məsələ ilə bağlı kifayət qədər irəliləyiş əldə edə bilmişik”.
Petrakov qeyd edib ki, Xəzər gənc regiondur, 1991-ci ildə bu strukturda yeni dövlətlərin yaranması ilə formalaşıb:
“Beş dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edir. 2018-ci ildə dövlətlər arasında qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edən ilk konvensiya imzalanıb.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...