Avrora Şirkətlər Qrupu böyüməkdə olan komandasına mütəxəssis və fəhlə kateqoriyalarında 100-dən çox vakant yerlər üzrə namizədlərin dəyərləndirilməsi üçün açıq qapı günü təşkil edəcək.
BUTA.TV xəbər verir ki, şirkətin baş ofisində keçiriləcək açıq qapı günü 21 avqust tarixində saat 10:00-dan etibarən başlayacaq və 16:00-a kimi davam edəcək. Açıq qapı günündə aşağıdakı vakansiyalar üzrə müraciətlər qəbul edilib, müsahibə təşkil ediləcəkdir:
- Satış üzrə nümayəndə;
- Merçendayzer;
- Sürücü;
- Sürücü köməkçisi;
- Fəhlə;
- Sifariş sayım operatoru;
- Sifariş toplama operatoru;
- Avtokar sürücüsü;
- Nəzarətçi (yükləmə, stok, geriqaytarma);
- Satış üzrə məsləhətçi (şərab evi) və s.
Əgər siz də komandamızın üzvü olmaq istəyirsinizsə, açıq qapıda iştirak edin və Avrora ailəsinə qoşulun. Maraqlanan şəxslərin qeyd edilən tarixdə Avrora baş ofisinə yaxınlaşması xahiş olunur.
- Növbəti 10-15 ildə Xəzərin səviyyəsi azalacaq
- Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan
- Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
- Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi
- İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi
- İsrail səfirindən öldürülən diplomatlarla bağlı maraqlı fakt...
- Azərbaycan XİN İsrailə başsağlığı verdi
- Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi