Rusiya lideri Vladimir Putinin Bakıya səfərinə münasibətim çox yaxşıdır. Rusiya ilə yaxınlığın təhlükəliliyindən danışan, Qərb ölkələrinə sığınmış qeyri-ciddi adamlara qulaq asmaq lazım deyil. Tezliklə İran Prezidenti Pezeşkianı da Bakıda görməkdən məmnun olardım.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev Rusiya Prezidenti Vladimir Putinin 18-19 avqust tarixlərində Bakıya gözlənilən səfərinə münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiya bizim ən böyük qonşumuzdur, qonşularımızla dostluq və əməkdaşlıq şəraitində yaşamalıyıq:
“Rusiyada iki milyon azərbaycanlı yaşayır, Federasiyanın tərkibində 8 türk respublikası var. Rusiya və İran Azərbaycanın milli və dövlət maraqlarına qarşı çıxmayacaqsa, ərazi bütövlüyümüzə və dövlət suverenliyimizə hörmət edəcəklərsə, onlarla həmişə dost olmalıyıq. Amma onu da hər kəs bilməlidir ki, biz dostlarımızın haqlı olduğu məsələlərdə və münaqişələrdə onların yanında oluruq. Ərazi bütövlüyümüzün bərpasından sonra Putinin Azərbaycana səfəri, əminəm ki, ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verəcək. 44 günlük savaş zamanı Putinə edilən güclü xarici və daxili təzyiqlərə baxmayaraq, onun öz ölkəsinin neytrallığını qoruyub saxlaması, “bu münaqişə çox uzandı”, “müharibə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində gedir”, “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var” deməsini, “Qarabağda “etnik təmizləmə” baş verdi” deyəcək təxribatçılara imkan verməməsini, Rusiya sülhməramlılarını əlavə söz-söhbətlər yaranmadan vaxtından əvvəl ölkəmizdən çıxarmasını, həmin dövrdə bizi hədələyən bəzi ölkələri yerində oturtmasını, qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi və siyasi dəstəyi anlayışla qarşılamasını və onunla münaqişənin həllində yaxından əməkdaşlıq etməsini yaddan çıxarmamalıyıq”.
Partiya sədri bildirib ki, Putinin savaşdan sonra bizim birmənalı qarşılamadığımız bəzi açıqlamalarını isə daha çox Ermənistan ictimaiyyətinə yönələn müraciətlər kimi qəbul etməliyik:
“44 günlük savaşdan sonra demişdim ki, Putin Bakıda keçiriləcək Qələbə paradında iştirak etmək haqqını qazanıb. Onun bu səfərini o cür də qəbul etməliyik”.
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video