"Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır.
BUTA.TV xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
"Rəqib komandanın futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlara qarşı mübarizə çətin olacaq. Ötən mövsüm UEFA Avropa Liqasında "Bayer 04" (Almaniya) klubuna çətin anlar yaşatdılar. "Ludoqorets"lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır. Rəqibin hücum xəttində çox yaxşı oyunçuları var. Müdafiədə necə çıxış edəcəklərini isə görəcəyik", - Yakiroviç bildirib.
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
- Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir