Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.
BUTA.TV xəbər verir ki, bunu avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək istərdim. Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur.
Vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.
Dünən və bu gün keçirilən danışıqlar əsnasında Sizə görüşümüzün, birgə işimizin başlanması üçün yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün də, sözün əsl mənasında, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik. Bu gün aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik”, - Putin qeyd edib.
- Budapeştdə TDT liderlərinin şərəfinə rəsmi lanç verildi - Foto
- Zakir Həsənov türk generalla görüşdü - Video
- Yasin Hüseynzadənin edamı ilə bağlı XİN-dən açıqlama
- Əliyevin şərəfinə verilən ziyafətin menyusu diqqət çəkdi - Foto
- Özbəkistan TÜRKSOY-a üzv qəbul edildi
- Budapeşt Bəyannaməsi qəbul edildi
- Əliyevlə Ərdoğanın Budapeştdə səmimi söhbəti - Video
- Əziz Sancarın təltif olunması: Prezident də iştirak etdi