Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.
BUTA.TV xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub. “Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs Bakı Bus MMC, “Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs Uğurlu Yol MMC, “Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Bilal Xeyrəddin oğlu Qurbanov ən çox bal toplayaraq qalib elan olunublar.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
- Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
- Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti... - Dəyişiklik
- Ağdaş yenə qaranlığa büründü, İH "pulumuz yoxdur" deyir
- City Garden Narimanov”: Premium yaşayışın yeni ünvanı
- “AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi - “AZE-İX” istifadəyə verilir
- Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq