Dayanıqlı inkişaf məqsədləri arasında ekosistem və onun yaxşılaşdırılması istiqamətində addımlar atılması ilə bağlı məqamlar çoxdur.
Onlardan biri də ətraf mühitin qorunması və bəzi tullantıların yenidən emala cəlb olunmasıdır. Tullantıların yenidən emal edilməsi bir çox sahədə müsbət irəliləyişə səbəb olur. Xüsusilə kağız və karton tullantıların yenidən emal olunması birbaşa təbiətin, ekosistemin mühafizəsi üçün mühüm addımdır.
Bu istiqamətdə aparılan işlərdən danışarkən ilk olaraq, ağla gələn şirkət Azərsun Kağız və Kimya İstehsalı Korporasiyasıdır. (AKKİK)
20-ci əsrin sonlarından fəaliyyətə başlayan müəssisə ölkə ərazisində kağız tullantıların toplanması, toplanan tullantı kağızlardan karton istehsalında xammal olan kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlı büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetlər istehsal edir.
Emal sahəsi geniş olan AKKİK ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. kimi məhsullarla da bazarı təmin edir:
“Keyfiyyət bizim həyatımızdır” şüarını əsas tutan müəssisə bir sıra dəyərləri özünə məqsəd qoyub. Bu məqsədlərə çatmaq üçün də peşəkar işçi qrupu ilə çalışır.
- Bu, Putinin 3-cü müharibəsidir: İlk ikisində necə oldusa…
- ABŞ-dan şok: Bu tarixdə rejim çökəcək, ölkə parçalanacaq!
- Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq
- Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar - Əliyev
- "Azərbaycan Braziliya Ciu-citsu Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 102 illiyinə həsr olunmuş turnir keçirilib
- Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik
- Macarıstanla Azərbaycanın oxşarlığı... - Prezident sadaladı
- Nə zaman çətinliklə üzləşsək, Əliyevi yanımızda görmüşük