Əslində bu, erməni konyakının Rusiyaya tədarükünün qadağan edilməsi deməkdir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko Rusiya tədarük edilən Ermənistan konyakının tərkibində yararsız maddələrin aşkar edilməsi ilə bağlı rəsmi məlumatı şərh edərkən qeyd edib.
“İndi erməni konyakını Fransaya - dost Makrona və digər AB ölkələrinə tədarük edə bilərsiniz. Hətta yeni brendin adı da var - "Paşinyak", - Korotçenko bildirib.
Qeyd edək ki, “Antikotrafakt” Beynəlxalq Assosiasiyası və Konyak İstehsalçıları İttifaqı Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsini bəyan edib. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.
Bununla əlaqədar Saxtakarlığa qarşı Mübarizə Assosiasiyası Ermənistandan alkoqollu məhsulların idxalına nəzarətin gücləndirilməsi və dövriyyəsinin məhdudlaşdırılması xahişi ilə Baş Prokurorluğa müraciət edib.
- Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
- Təkrar qumar oynayanlar həbs ediləcək
- Ölkəmizdə epidemiya, kütləvi yayılma... - SN çağırış etdi
- Elvin Cəfərquliyev təşəkkür etdi - “Sizi çox sevirəm”
- Atasının ölüm xəbərini alan gəmi kapitanının ürəyi dayandı
- Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
- Xaricdə təhsil və diplom vədi... - Aldanmayın!
- Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü