Səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
Bidirilib ki, Ə.Mustafayev avqustun 17-si saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub.
Törədicisi dəqiləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
"Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra ötən gün Terapiya şöbəsinə köçürülüb. Müalicə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu
- Prezident fərman imzaladı
- Bu məhsullar gömrük rüsumundan azad edilir