Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyat Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin Ukrayna ərazisi ilə məhdudlaşacağı və sadə rusların həyatına minimal təsir göstərəcəyi ilə bağlı vədlərinə zərbə vurdu.
BUTA.TV xəbər verir ki, bunu Karneqi Rus-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanova “Uoll Strit Jurnal” açıqlamasında deyib.
“Moskvada Kursk vilayətindəki vəziyyətlə bağlı xüsusi çaxnaşma yoxdur, Putin hesab edir ki, Ukraynanın bu bölgəyə hücumu onun bütün Donetsk vilayətinin ələ keçirilməsinə qədər uzanan geniş strateji hesablamalarına az təsir edir. Amma Putin hərbi həll yolu tapmasa, Kurskdakı əməliyyat aylarla, illərlə davam edə bilər”, - Stanova bildirib.
Onun sözlərinə görə, ruslar Kursk vilayətində hücuma cəlb olunmaq istəmirlər:
“Çünki ki, Baxmut və Avdeyevka şəhərlərinin ələ keçirilməsi zamanı istifadə etdikləri “yandırılmış torpaq” strategiyasından istifadə edə bilərlər. Mülki əhalinin hələ də qaldığı Kurskda Rusiyanın öz şəhərlərinə qarşı eyni taktikanı istifadə etməsi haqlı siyasət deyil”.
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...
- Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq