Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib.
BUTA.TV xəbər verir ki, “Turantv.az” rəhbəri Ramin Sadıqlı, “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rusvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən "Report"a təsdiqləyiblər.
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu
- Prezident fərman imzaladı
- Bu məhsullar gömrük rüsumundan azad edilir
- Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi - Video-Yenilənib
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir