Avqustun 21-də axşam saatlarında politoloq Bəhruz Səmədov Bakıda saxlanılıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə onun nənəsi Zibeydə Osmanova Turan-a bildirib.
Z.Osmanova qeyd edib ki, B.Səmədov saat 16:00 radələrində dostu ilə görüşmək üçün evdən çıxıb. Onun sözlərinə görə, yaşadığı evdə axtarış aparılıb və B.Səmədova aid bəzi sənəd və əşyalar götürülb.
“Sonradan Vəfa adlı bir vəkil zəng etdi və Bəhruzun “dövlətə xəyanətdə” şübhəli bilindiyini, ermənilərlə yazışmasının aşkar edildiyini, onların sifarişi ilə məqalələr yazdığını dedi”, – Z.Osmanova deyib.
O, bu ittihamları təkzib edib.
Qeyd edək ki, B,Səmədov həm də OC Media-nın və https://bakuresearchinstitute.org/ saytının müəllifidir.
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu
- Prezident fərman imzaladı
- Bu məhsullar gömrük rüsumundan azad edilir