Sənədlər ortaya çıxdı: Rusiya Ukraynanın hücumunu bilirmiş

10:28 - 20 Sentyabr 2024 - GÜNDƏM

 Sənədlər ortaya çıxdı: Rusiya Ukraynanın hücumunu bilirmiş

Rusiya hərbi komandanlığı Ukraynanın Kurska hücumunu gözləyirdi və bir neçə ay ərzində bunun qarşısını almaq üçün planlar hazırlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Qardian” Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən sənədlərinə istinadla məlumat verib.

“4 yanvar tarixli qeyddə Ukrayna ordusunun dövlət sərhədini yarmaq imkanından bəhs edilib və istənilən hücumu dəf etmək üçün hazırlıqların gücləndirilməsi əmri verilib. Fevralın 19-da bölmə komandirlərinə Ukraynanın Sum vilayətindən Rusiya ərazisinə sürətlə hücum edərək, 4 günlük dəhliz yaratmaq üçün 80 km dərinliyə qədər irəliləmək planları barədə xəbərdarlıq edilib”, - məlumatda qeyd olunub.

Sənəddə martın ortalarında sərhəddəki bölmələrə Ukraynanın hücumuna hazırlıq məqsədilə müdafiə xətlərini gücləndirmək və əlavə təlimlər təşkil etmək əmri verildiyi də qeyd edilib:

Bu xəbər hal-hazırda çox oxunur
Qəhvə və çay sevənlərə xoş xəbər

“Artıq iyunun ortalarında Ukraynanın Sucanı ələ keçirmək məqsədi ilə Yunakovka-Suca istiqamətində planları ilə bağlı daha konkret xəbərdarlıq ortaya çıxdı. Bundan əlavə, Ukraynanın bölgədəki Rusiya təchizatı xətlərini pozmaq üçün Seym çayı üzərindəki körpünü dağıtmağa çalışacağı da proqnozlaşdırılırdı”.

İyunda qeyd olunan sənəddə isə bildirilib ki, cəbhədə yerləşən rus bölmələrinin yalnız 60-70%-i komplektləşdirilib və əsasən zəif hazırlıqlı ehtiyatda olan əsgərlərdən ibarətdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol