Ermənistan nümayəndə heyətinin “dxr”ə səfəri Ermənistan-Rusiya münasibətlərinin əsl ruhunun sübutudur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Bu, sülhə mühüm töhfə, insan hüquqlarına əsl hörmət idi. Əminik ki, Ermənistan nümayəndələrinin ictimai dairələrlə görüşü onlara Ukrayna böhranı zamanı baş verənləri dərk etməyə imkan verdi. Erməni siyasətçilərin və rəsmilərin Kiyev rejimi ilə tez-tez təmaslarını nəzərə alsaq, bu, xüsusilə vacibdir”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, səfər zamanı əsas diqqət təhsil və mədəniyyət kimi sahələrə yönəldilib:
“Tərəflər ənənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb, erməni uşaqlarının yeni regionlarda fəaliyyət göstərən gənclər proqramlarında iştirak imkanlarını ətraflı müzakirə ediblər”.
Zaxarova həmçinin humanitar komponenti və ermənilərin dərman və digər materialları verməsini qeyd edib:
“Bu təmaslarda heç bir manipulyasiya yoxdur, səmimiyyət, dürüstlük, doğruluq var. Rusiya yalnız belə təmasları alqışlaya bilər”.
Qeyd edək ki, bir müddət öncə “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyanın rəhbərlik etdiyi nümayəndə heyəti Donbasa səfər etmişdi.
- Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi