COP29 yaxınlaşır. Hər yerdə abadlıq işləri gedir, cəmiyyətimiz tərəfindən gah bəyənilir, gah da tənqid olunur. Dünyanın hər yerindən gələn qonaqlara “üçüncü dünya” deyil, gələcəyə doğru addımlayan, ən yüksək standartları tətbiq edən ölkə olduğumuzu təqdim etmək istəməyimiz normaldır. Yaxşı iddialı məqsəddir.
BUTA.TV xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.
“Amma yollarımızda hökm sürən nizam onu göstərir ki, bir çoxları, o cümlədən “bürokratik planktonlar” özlərini elə həyasız və özündənrazı aparırlar ki, şərti qonaq xidməti maşında necə bir “möcüzə” oturduğunu dərhal anlayacaq.
Onları təqlid edərək, MİS rəisi və ya yol polisi serjantı və onların qohumlarına qədər hamı dövlətin önəmli fiqurları kimi çıxış edir.
Bu aşağılıq kompleksinin təzahürləri o qədər vulqar görünür ki, vətəndaşlarda ləyaqətini itirmiş “xalqın xidmətçilərinə” qarşı narazılıq və qəzəb hissi yaranır.
Onların, yumşaq desək, “yol hərəkəti ilə bağlı pis davranışları”, onun təzahürləri, təəssüf ki, hakimiyyətin, ölkəmizin imicinə xələl gətirir”, - Zülfüqarov bildirib.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı