Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, sentyabrın 24-də saat 03:44 radələrdində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77 XS 413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü Bəxtiyar İsmayılov, 1980-ci il təvəllüdlü Əjdər Əjdərov saxlanılıblar.
Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan herion, psixotrob maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir.
- İranda dollar yenə bahalaşdı
- Qazaxıstanda şok əməliyyat: 21 ton narkotik...
- Putin və Tramp bu məsələni müzakirə etdi - Peskov
- Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
- Qərbi Azərbaycanda din xadimi öldürüldü
- Suriyada güclü partlayış: 3 nəfər öldü
- Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video
- Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir