ABŞ gürcü müxalifətinin tələbi ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında iştirak etmək üçün ölkəyə buraxılmaması imkanını nəzərdən keçirib.

BUTA.TV xəbər verir ki, bunu Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

“Bizdə məlumat var idi ki, Kobaxidzenin ABŞ-a buraxılması və ya buraxılmaması məsələsinə baxılıb. Hətta ABŞ Kobaxidzenin BMT Baş Assambleyasının sessiyasındakı çıxışını da ləğv etməyi planlaşdırırdı”, - Mdinaradze bildirib.

“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi “Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi