Prezidentlik müddəti başa çatdıqdan sonra Polşa lideri Andjey Duda vətəndaşların təhqir olunması ehtimalı ilə bağlı məhkəməyə çağırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Polşanın Ksenofobiya və İrqçi Davranışın Monitorinqi Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Mərkəz miqrasiya böhranı mövzusunu gündəmə gətirən “Yaşıl sərhəd” filmi ilə bağlı prezidentin söylədiklərinə görə ona qarşı şikayət etmişdi. Polşanın TVP telekanalında Andjey Duda filmi tənqid edərək deyib ki, bu, Polşa sərhədçilərini ləkələyir. Duda filmin tamaşaçılarını “donuz” adlandırıb.
Mərkəzin prezidentə qarşı iddiası üzrə Varşava Dairə Məhkəməsində dinləmə 24 oktyabr 2025-ci il yerli vaxtla saat 10:00-a təyin edilib.
“Yaşıl sərhəd” filminin 2023-cü ilin sentyabrında Venesiya Film Festivalında premyerası olub. Film 2020-ci illərin əvvəllərində Belarus-Polşa sərhəddində cərəyan edir. Baş qəhrəmanlar qaçqınlar, Əfqanıstandan olan ingilis dili müəllimi və suriyalı ailədir. Onlar AB ölkələrinə girməyə çalışaraq, sərhəddə ilişib qalırlar.
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!
- Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?
- Dəmir yolunun 100 illiyinə həsr olunan - Fotoalbom
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq