İsfahan və Kirmanşah şəhərlərində hərbi baza və əhəmiyyətli dövlət obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlar evlərini tərk edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.
Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib.
“Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar”, - məlumatlarda deyilir.
Qeyd olunur ki, hökumət məmurları sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb.
Xatırladaq ki, İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. İsrail bunu cavabsız qoymayacağını elan edib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!