İnsan orqanizmi havanın təlatümlərinə qarşı xeyli dözümlüdür. Orqanizmin müdafiə mexanizmləri var ki, bizi ətraf aləmin iqlim təlatümlərinə qarşı qoruyur. Həmin reaksiyalar işə düşür və bu cür qorunuruq.\
Bu sözləri BUTA.TV-a həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla soyuq havaların insan orqanizminə təsiri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, payızın gəlişi ilə bağlı havalar soyuyur və orqanizmin müdafiə imkanları da bəlli zamandan sonra tükənir. Odur ki, sağlam olmaq üçün insanlar əlavə tədbirlər almalıdır:
“Kompersator reaksiyalar özləri uzun müddət davam edə bilməz. Bu imkanlar tükəndikdən sonra orqanimzin temperator requlyasiyası (tənzimlənməsi) pozulur. Ona görə də havaya uyğun olaraq geyim seçilməlidir. Soyuqdəymə xəstəliyi ilə üzləşən insanlar daha çox geyim formasını düzgün seçməyən, havanın temperator təlatümünü iqnor edənlərdir. Bunlar soyuqdəymə xəstəliyinə tutulurlar, müəyyən viruslar fəallaşır və arzuolunmaz vəziyyət yaranır. Soyuq havalarda optimal yol havanın istiliyinə uyğun geyim forması seçmək və uyğun davranış sərgiləməkdir”.
- Qəzanın baş verdiyi ərazidə axtarış işləri davam etdirilir
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək