Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub.
BUTA.TV xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib.
Belə ki, akademik Telman Əliyev süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə, akademik Adil Qəribov texnologiya, akademik Yaqub Mahmudov ictimai elmlər, akademik Möhsün Nağısoylu isə dilçilik və şərqşünaslıq məsələləri üzrə AMEA prezidentinin müşaviri vəzifələrinə təyin olunublar.
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!
- Saxta onlayn mağazalarla bağlı dələduzluq halları artır
- 5800-dək şəxs işlə təmin edildi
- 67 yaşlı şəxsin pensiyası altı ildir niyə kəsilib? - Rəsmi cavab
- Bu “Azərsun”un inkişafının əsas hərəkətverici qüvvəsi olacaq
- Şıx çimərliyində dənizə nə tökülür? - Video