ABŞ ordusu təxminən 15 milyon dollar dəyərində M60 pulemyotunun alınması ilə bağlı “U.S. Ordnance” müdafiə şirkəti ilə müqavilə imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.
Məlumata görə, Vaşinqton bu silahları Ukraynaya ötürə bilər:
“Müəmmalı razılaşmanın bir hissəsi olaraq, ABŞ ordusu qeyri-müəyyən sayda M60E6 və M60E4 pulemyotları, həmçinin M60-ın əvvəlki modifikasiyaları üçün konversiya dəstləri alacaq. Silah ABŞ-ın xarici müttəfiqi və ya tərəfdaşı, məsələn, Ukrayna üçün nəzərdə tutula bilər. Ordunun yeni M60 alışlarının Kiyevə qarşıdan gələn hərbi yardım paketinin bir hissəsi olması ehtimalı var”.
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?