ABŞ Konqresində Azərbaycan əleyhinə müraciət ermənipərəst dairələrin təsiri ilə baş verir. Hazırda ABŞ-da seçki ərəfəsində vəziyyət o qədər aydın deyil. Demokratlar erməni seçicilərin dəstəyini almaq üçün müxtəlif addımlar atır, siyasi oyunlar oynayırlar. Ümumiyyətlə, düşünürəm ki, Bakı və Vaşinqton arasında gərginlik varsa, bu, ABŞ-la yox, indiki administrasiya ilə bağlıdır.
Bu sözləri BUTA.TV-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ Konqresinin 60-a yaxın üzvünün Dövlət Departamentinə Azərbaycana qarşı müraciət imzalaması haqda danışarkən deyib.
“İndiki mərhələdə ABŞ administasiyası seçkilərin gedişatına uyğun addımlar atır, siyasət yürüdür. Amma ABŞ dövlət olaraq Azərbaycana olduqca böyük əhəmiyyət verir. İlk növbədə Qərbin Mərkəzi Asiya da daxil olmaqla, strateji bölgələrlə əlaqələri ya İran-Rusiya, ya da Azərbaycandan keçməlidir. İndiki geosiyasi vəziyyəti nəzərə alsaq, bəllidir ki, Azərbaycan, onun geopolitik yeri ABŞ üçün böyük rol oynayır. Ümumiyyətlə, həmişə ABŞ siyasəti Azərbaycanla bağlı maraqlar üzərində qurulub. İndi də ABŞ administrasiyanın daxili siyasi oyunlarını dövriyyəyə buraxması müvəqqəti xarakter daşıyır. Bu baxımdan əminəm ki, təzyiqlər seçkilərdən dərhal sonra gündəmdən düşəcək”, - politoloq bildirib.
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...