Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda qəti və ardıcıl siyasət həyata keçirir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Moskvada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Regionda sülhün bərqərar olması istiqamətində səylərə toxunan politoloq Azərbaycan hökumətinin fəaliyyətini müsbət qiymətləndirib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən erməni xalqı ilə də münasibətlərdə formalaşdırdığı qəti və ardıcıl siyasətə çox nikbin baxıram. O, həmişə Azərbaycanın sülh istədiyini deyir”, – M.Şevçenko vurğulayıb.
Politoloq Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə də toxunaraq bildirib ki, RF regionun başqalarının oyun alətinə çevrilməsini istəmir.
“Rusiyanın mövqeyi tamamilə dəqiq və aydın şəkildə ifadə olunub. Biz regionun Qərb satellitləri və agentlərinin oyun alətinə çevrilməsini istəmirik. İstəyirik ki, Cənubi Qafqaz dövlətləri və xalqları öz aralarında razılığa gəlsinlər, ortaq dil tapsınlar, mehriban qonşuluq münasibətləri qursunlar. Cənubi Qafqazın Qərb siyasətçilərinin müharibə və nifrəti alovlandırdıqları yer olmasını istəmirik”, – o qeyd edib.
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama