Rusiya Prezidenti Vladimir Putin və ya Baş nazir Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.
“Prezidentin sərəncamı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik edirəm. Amma ümid edək ki, bu il ya prezident, ya da hökumət sədri onlardan biri olacaq. Azərbaycan strateji əhəmiyyətli tərəfdaşdır və təbii ki, iştirak statusunun daha yüksək olmasını istərdim, açılışda ya prezident, ya da baş nazir iştirak etsin, ondan sonra danışıqların əsas hissəsini mən məntiqlə yekunlaşdırardım”, - o bildirib.
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama