Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.
“BUTA.TV”nun “Unikal”a istinadən məlumatına görə, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.
O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.
Xatırladaq ki, Nəcməddin Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.
***
“BUTA.TV” xəbər verir ki, 27-28 sentyabr tarixlərində keçirilən yarışları N. Sadıkov və E. Quliyevlə birgə, maliyyə naziri Samir Şərifov da izləyib.
Qeyd edək ki, Nəcməddin Sadıkovun adı bir neçə cinayət işində hallanır. Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqında bəzi təqsirləndirilən şəxslər ona pul verdiklərini deyiblər. Həmin işlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Sadıkov barəsində cinayət təqibi aparılır.
Bundan başqa, Müdafiə Nazirliyinin sabiq baş zabiti Zahid Niftəliyev də öz məhkəməsində N. Sadıkovu ittiham edir.


- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
- İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy