Moskvada üçtərəfli görüşə (Əliyev, Putin, Paşinyan – red.) kimin qarşı olduğunu dəqiq deyə bilərik.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov “Moskva-Bakı”ya müsahibəsində ötən gün Moskvada planlaşdırılan və tərəflərdən birinin razılaşmadığı səbəbindən baş tutmayan üçtərəfli görüş haqda qeyd edib.
“Keçmişdə analoji təkliflərlə bağlı əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, belə bir formatı uyğunsuz hesab edən Ermənistan tərəfi olub. Görürük ki, Ermənistan indi Rusiyanın iştirakı ilə Azərbaycanla sülh danışıqlarına hazır deyil. Aydındır ki, Ermənistan Qərbin vasitəçiliyində maraqlıdır. Onu da görürük ki, Cənubi Qafqazdan uzaqda olan dövlətlər buna necə maraq göstərir və bu regiondakı məsələlərin həllinə hansısa formada qoşulmağa hazırdır. Pis odur ki, onlar çox vaxt bu regionun inkişafına uduşsuz oyun kimi yanaşırlar”, - o bildirib.
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...
- Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü
- Bir ailənin 3 üzvünün öldüyü qəza ilə bağlı cinayət işi açıldı
- “Arazın sahilində” ekoloji təmizlik aksiyası keçirildi
- Bakının 2 rayonunda işıq olmayacaq
- ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video