Nikol Paşinyanın Moskvaya səfəri zamanı (7-8 oktyabr – red.) davranışları elə təəssürat yaradır ki, erməni baş nazir Rusiya paytaxtına demarş üçün gedibmiş.
BUTA.TV xəbər verir ki. bu barədə “Hraparak” nəşrində yayılan məqalədə bildirilib.
Qeyd edilib ki, Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi iki bəyanata (“Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” - BMT Nizamnaməsindən kənar sanksiyaların tətbiqi – red.) qoşulmadı, Paşinyan MDB ölkələri liderlərinin görüşündəki çıxışında açıq mətnlə bildirdi ki, heç bir halda Azərbaycana dəhliz, dəhlizə nəzarəti isə üçüncü ölkəyə (Rusiyaya – red.) vermək niyyətində deyil, yəni ruslar ümid etməsinlər. Üçtərəfli Putin-Əliyev-Paşinyan formatlı görüşdən imtina edənin məhz Paşinyan olması ilə bağlı xəbərlər də var:
“Belə təəssürat yaranır ki, Paşinyan Qərb mərkəzləri qarşısında götürdüyü öhdəliklərə sadiqdir və Rusiya platformasını rədd edir, üstəlik, Ermənistanı addım-addım Rusiyadan uzaqlaşdırır”.
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...
- Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü
- Bir ailənin 3 üzvünün öldüyü qəza ilə bağlı cinayət işi açıldı
- “Arazın sahilində” ekoloji təmizlik aksiyası keçirildi
- Bakının 2 rayonunda işıq olmayacaq
- ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video