"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkədaxili sərnişin qatarlarında sürət həddini endirib.
BUTA.TV bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiyası ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
"Bununla əlaqədar hazırda ərazidə infrastruktura baxış keçirilir. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunacaq. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - məlumatda qeyd olunub.
- İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
- İki əzəli düşmən birləşir... – Telegraf
- Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış
- Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video