Dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan Turşsu qəsəbəsində işlər davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, Turşsuda hazırda yeni konsepsiyaya uyğun olaraq ilk 50 evin inşası aparılır və əsas infrastruktur tamamilə yenidən qurulur. Həmçinin bu kənddə də turizm infrastrukturu olacaq.
“Düşünürəm ki, gələn il artıq Turşsuya keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etməyə başlayacağıq”, - deyə o əlavə edib.
- Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı
- İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
- İki əzəli düşmən birləşir... – Telegraf
- Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış
- Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi