Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, oktyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda tütün məmulatının Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 (səksən beş) ədəd şübhəli bağlama müəyyən olunub.
Bağlamalara baxış zamanı dəyəri təqribən 330 000 (üç yüz otuz min) AZN məbləğində aksiz markasız 111 072 (yüz on bir min yetmiş iki) qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Rusiya Kursk vilayətini tam nəzarətə götürdü
- Zelenski və Tramp 15 dəqiqə danışıb, razılığa gəldilər
- 150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident
- Universitet təsdiqlədi: Gülsüm Əliyeva adlı tələbəmiz olmayıb - Video
- XİN məlumat yaydı
- Prezidentlə jurnalist arasında maraqlı dialoq: çay, armudu stəkan... - Video
- Pekinin Bakıya bu qədər marağının səbəbi - Markov
- Ərdoğan Azərbaycana gəlir