Sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 15-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Erməni generaldan Şuşa əməliyyatı ilə bağlı etiraf
- DSX hərbçisi yaşadığı mənzildə intihar etdi
- Netanyahu bu tarixdə Bakıya gəlir
- İran Pezeşkianın Bakıya səfərindən öncə bu məlumatı niyə yaydı?
- İlham Əliyevin Pezeşkianla məhdud tərkibdə görüşü başladı
- Pezeşkiandan Zəngəzur açıqlaması: Başqasının torpağında… - Video -
- Azərbaycanla əməkdaşlıq üçün yaxşı imkanlar var - Pezeşkian
- Pezeşkian Azərbaycana yola düşdü