Salyan rayonunda yolların əsaslı təmir işləri aparılacaq.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Təmir olunması nəzərdə tutulan yolların adları açıqlanmasa da, RİH bu işləri "İS.MM" şirkətinə həvalə edib.
Təmir işləri ilə bağlı RİH-lə şirkət arasında 766.767,3 manat dəyərində müqavilə bağlanılıb.
Qeyd edək ki, "İS.M.M." MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 897 170 manat olan şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Xatırladaq ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O, ötən ay Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
- Haaland dubl etdi, Norveç Braziliyaya qalib gəldi - Video-Yenilənib
- Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsi vuruldu, partlayış oldu - Fotolar
- "Əpl məps"də Xankəndi "Stepanakert" göstərilir
- Ronaldodan tənqidçilərinə - Sərt mesaj - Video
- Tarix yazıb qayıtdılar, bayram bayrama qarışdı - Video
- "Nokia"dan sürpriz: Zəngləri telefonunuz cavablandıracaq!
- Messi haqqında yayılan eşq iddialarına ilk dəfə cavab verdi - Foto
- Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər...