Qobustanda yerləşən zavodlardan birində işçilər arasında insident baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, oktyabrın 15-də saat 12 radələrində paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən zavodda işçilərdən birinin xəsarət alması barədə polisə məlumat daxil olub.
Qeyd edilib ki, araşdırmalarla 2004-cü il təvəllüdlü Yaşar Qumbatovun münaqişə zəminində iş yoldaşı 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovun başına dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Qumbatov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Hazırda Qaradağ Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
- Ərdoğan Azərbaycana gəlir
- Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...
- Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi
- Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb
- Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?
- AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi
- 9 ildən sonra AB rəsmisinin Bakıya səfəri… - Bayramov
- İranda şok: Azərbaycan bayrağının satışı qadağan edildi